BİZNES

20 İyul

Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 46% azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 450 902,2 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 63 416,1 min dollar və ya 12,3% azdır.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında deyilir.

Ötən ilin birinci yarısında bu göstərici 514 321,3 min dollar təşkil edib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 247 381,2 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 16,9% azdır. Gürcüstanın Azərbaycana ixracı isə 6,1% azalaraq 203 521,2 min dollara bərabər olub.

Nəticədə, cari ilin yanvar-iyun aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 43 860 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 37 136,7 min dollar və ya 45,8% azdır.

(c)APA