BİZNES

20 İyul

Azərbaycanla İranın ticarət dövriyyəsi kəskin azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın İranla apardığı ticarət mübadiləsinin həcmi 155 552,1 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin ilk altı ayında Azərbaycandan İrana ixracın həcmi 18 086,8 min dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 4 930,5 min dollar və ya 21,4% azdır.

İdxalın həcmi isə 137 465,3 min dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə  153 162 min dollar və ya 2,1 dəfə azalıb.

Nəticədə, hesabat dövründə 119 378,5 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2,2 dəfə azdır.

(c)APA