BİZNES

20 İyul

Azərbaycanda yeni yaradılan MMC-lərin sayı açıqlanıb-RƏSMİ

2020-ci il iyulun 1-nə Azərbaycanda 150,555 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin sonuna olan göstəricidən 3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

I yarımillikdə 4,563 min hüquqi şəxs qeydiyyatdan keçib, 241 hüquqi şəxs fəaliyyətini dayandırıb.

2020-ci il iyulun 1-nə respublikada 11,355 min kənd təsərrüfatı (artım 1,5%), 8,101 min təkrar emal (artım 1,4%), 14,081 min tikinti müəssisəsi (artım 2,6%) fəaliyyət göstərir.

Bundan başqa, iyun ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 42,226 min (artım 3,6%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,818 min (artım 0,4%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 2,095 min (artım 4%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 7,516 min (artım 6%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 3,875 min (artım 4,1%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 2,132 min hüquqi şəxs (artım 2,3%) qeydiyyata alınıb.

İyulun 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 138,135 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 91,8%-i) özəl müəssisələrin, 12,01 min hüquqi şəxs xarici, 2,963 min hüquqi şəxs birgə müəssisələrin, 10,695 min hüquqi şəxs (7,1%) dövlət müəssisələrinin, 1,725 min hüquqi şəxs (1,1%) bələdiyyələrin payına düşür.