BİZNES

20 İyul

Azərbaycan bu il geyim istehsalını artırıb

2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 197,7 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə geyim istehsalında 6,8% artım, toxuculuq sənayesində 0,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında isə 36,9% azalma müşahidə olunub.

Bu ilin ilk altı ayında 37657,1 ton pambıq lifi və 14 289,1 min kv.m hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 14,9% az və 55,1% çoxdur.

(c)APA