"Azgranata" MMC-yə yeni direktor təyin edilib.
Yeni rəhbər Vüqar Mikayılovdur.
O, direktor vəzifəsində Anar Bayramovu əvəz edib.
Xatırladaq ki, "Azgranata" 2009-cu ildə Ağsu rayonunun Pirhəsənli kəndində yaradılıb. Onun nizamnamə kapitalı 36,6 milyon manatdır. "Modern Group of Companies" MMC-yə daxil olan şirkət meyvə şirəsi, konsentrat, kompot, şərab və araq məhsulları istehsal edir.
(c)report