Yanvar-iyun aylarında əsas kapitala 5 milyard 956,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 17,5 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,5 faiz azalıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 501,8 milyon manatını və ya 58,8 faizini daxili vəsaitlər təşkil edib. Həmçinin əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 577,3 milyon manatı və ya 60,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.