BİZNES

17 İyul

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu 32% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 2 216 448,3 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 305 233,9 min dollar və ya 16% çoxdur.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1 476 913,6 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 243 099,7 min dollar və ya 19,7% çoxdur. İdxalın həcmi isə 739 534,8 min dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk altı ayı ilə müqayisədə 62 134,2 min dollar və ya 9,2% artıb.

Nəticədə, 2020-ci ilin yanvar-iyun aylarında 737 378,8 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 180 965,5 min dollar və ya 32,5% çoxdur.

 

(c)APA