BİZNES

17 İyul

Rus hakerlər Covid 19 peyvəndi ilə bağlı tədqiqatları hədəf alıblar

Rus hakerlər Covid 19 peyvənd hazırlayanları hədəf alırlar. İngiltərənin Milli Kiber Təhlükəsizlik Mərkəzinin (NCSC) rəsmiləri də hakerlərin Rusiya kəşfiyyat xidməti ilə əlaqəli olduqlarına “demək olar ki, əmin olduqlarını” açıqladılar.

Bildirilir ki, hakerlər zərərli proqramlardan istifadə edərək Covid 19 peyvəndinin inkişafı barədə məlumatları oğurlamağa çalışırlar.

NCSC-nin əməliyyatlar üzrə meneceri Pol Çiçester, məlumatların oğurlanması səylərini "pıçıldaşma" kimi təsvir etdi.

"Rusiya xüsusi xidmət orqanlarının epidemiya əleyhinə işləri hədəfə alması yolverilməzdir" deyə İngiltərə Xarici İşlər naziri Dominic Raab bildirib.

Digər tərəfdən Rusiya, peyvənd işlərinin məlumat oğurluğu üçün hədəfə alınması iddiasını rədd edir.

"İngiltərədəki klinikaları dağıtmağa kimin cəhd etdiyini bilmirik, amma deyə bilərəm ki, Rusiyanın bu cür təşəbbüslərlə heç bir əlaqəsi yoxdur", -  deyə açıqlamasında Vladimir Putinin sözçüsü deyib.

Müəllif:Aynur Qəniyeva