BİZNES

17 İyul

ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüş olub

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı ilə videokonfrans formatında görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüşdə fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, ixracın genişləndirilməsi istiqamətində qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib.