BİZNES

16 İyul

Çağrı Mərkəzinə 22 mindən çox müraciət olub-RƏSMİ

İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlər əsasən, ölkəmizdə pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə-iqtisadi dəstək tədbirləri, istehlakçıların hüquq və mənafelərinin qorunması, lisenziyaların verilməsi, güzəştli kreditlərin, investisiya təşviqi və təsdiqedici sənədlərin alınması mexanizmləri, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir