BİZNES

16 İyul

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,9% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 245,7 mln. manatlıq, o cümlədən 9 729,7 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 516,0 mln. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb.

(c)APA