Güman edilir ki, 6G texnologiyası məlumatları saniyədə 1 TB sürətlə yükləmək imkanını verəcək. Bu isə 5G texnologiyasının göstəricisindən 8000 dəfə yüksəkdir. Bu cür texnologiya vasitsilə 4K keyfiyyətində olan bir çox filmi saniyə ərzində yükləmək mümkün olacaq. Bütün bu özəlliklərə baxmayaraq 6G şəbəkəsinin yalnız 10 ildən sonra istifadəyə veriləcəyi gözlənilir. Samsung bu cür fikir ilə razı deyil. Onun fikrincə 6G-nin istifadəyə verilməsi daha tez baş verəcək. Bu barədə Zdnet.com saytı xəbər verib.
Samsung şirkətinin təqdim etdiyi böyük həcmli sənəddə onun 6G texnologiyası barəsində təsəvvürləri əks olunub. Həmin sənəddə 6G texnologiyasının müxtəlif istifadə ssenariləri var. Lakin ən əası odur ki, şirkət kommersiya məqsədli ilk 6G şəbəkələrinin 2028-ci ildə istifadəyə veriləcəyini gözləyir və 2030-cu ilə kimi həmin şəbəkələr adi istifadəçilər arasında məşhurlaşmalıdırlar. Qeyd etmək lazımdır ki, daha öncə qeyd olunurdu ki, 6G yalnız 2030-cu ildə istifadəyə veriləcək. Bundan əlavə olaraq Samsung-un hesabatında qeyd olunub ki, telekommunikasiya üzrə beynəlxalq birlik artıq gələn ildən başlayaraq 6G konsepsiyasının təyini üzrə işlərə start verməlidir.
6G texnologiyasının əsas məğzi yüksək sürətli əlaqəni həyatımızın hər bir sahəsinə inteqrasiya etməkdir. Maraqlısı ondadır ki, şirkət mlumatların maksimal ötürülməsi sürəti məsələsində saniyədə 1000 Gbit göstərici gözləyir. Bu isə 5G-nin göstəricisindən 50 dəfə yüksəkdir. Samsung-un fikrincə 6G şəbəkəsində gecikmə 100 mikrosaniyəni keçməməlidir. Bu isə 5G şəbəkəsinin gecikmə göstəricisinin 1/10 hissəsinə bərabərdir. Samsung özünün bu cür proqnozlarını 2G-dən 5G-yə kimi hər bir növbəti nəsil şəbəkə üçün texniki standartların hazırlanmasına daha az zamanın sərf olunması ilə əlaqələndirib. Belə ki, əgər 3G-nin istifadəyə verilməsi üçün 15 il lazım olubsa, 5G-nin istifadəyə verilməsi üçün 8 il lazım olub. Samsung əmindir ki, 6G ilə yeni nəsil şəbəkə standartının istifadəyə verilməsi üçün sərf olunan zaman daha da aşağı düşməyə davam edəcək.