Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarətdəki müsbət saldosu 2,696,741.89 min ABŞ dollarını təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azdır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard 675 milyon 814.93 min ABŞ dolları (2019-cu ilin yanvar-iyun ilə müqayisədə 25.4% azalma - İF) təşkil etmişdir. Eyni zamanda, hesabat dövrü ərzində ixrac 7 milyard 686 milyon 278.41 min dollar (azalma 23%), idxal 4 milyard 989 milyon 536.52 min dollar (azalma 28.9%) təşkil edib