BİZNES

16 İyul

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri açıqlanıb-MƏBLƏĞ

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,4% artaraq 1 042,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun 72%-i əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 80%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42%-i və ya 438,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu, illik ifadədə 4% çoxdur.