BİZNES

16 İyul

Azərbaycanın xarici ticarət dövriyyəsində 2,7 mlrd. manatlıq müsbət saldo yaranıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 25,4% azalaraq 12 675 814,9 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinə məlumatına görə, bu ilin ilk altı ayında Azərbaycan xarici ölkələrə 7 686 278,4 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 4 989 536,5 min. dollar olub. Nəticədə, 2 696 741,9 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9% azalıb, ixrac və idxal isə müvafiq olaraq 23% və 28,9% azalıb.