BİZNES

16 İyul

“OBA” və “Qrandmart”ın işçiləri cərimələndi

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində Yasamal rayonu ərazisində Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonda yaradılan Operativ Qərargahın üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilən bir sıra obyektlərə baxış keçirilib.

Reydlər zamanı bəzi obyektlərdə çatışmamazlıqlar aşkar edilib. Belə ki, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsindəki “OBA” marketdə və “Qrandmart” supermarketində   nöqsanlar müəyyən edilərək onların dərhal aradan qaldırılması üçün obyekt sahiblərinə ciddi tapşırıqlar verilib. Reydin nəticəsi olaraq “OBA” marktin məsul işçisi Qənbərov Ağakərim və “Qrandmart” supermarketinin işçisi Paşayev Elgiz İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 100 manat cərimə edilib, obyektlərin rəhbərləri isə ciddi xəbərdarlıq edilib.

 

Reyd iştirakçıları tərəfindən obyektlərdə  işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və s. kimi vasitələrdən istifadə olunması barədə müvafiq göstərişlər verilib.