BİZNES

16 İyul

Azərbaycanda bu il hər bir istehlakçı orta hesabla ayda 368 manat xərcləyib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 22 mlrd. manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,4% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin birinci yarısı ilə müqayisədə 6,1% azalaraq 21,2 mlrd. manata bərabər olub, onun 48,3%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

"Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 367,5 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 16,3 manat az vəsait xərcləyib", - deyə komitədən bildirilib.