Bu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 956,2 mln. manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin yayımladığı məlumata görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.
Məlumata görə bu müddətdə qeyri-neft sektoruna sərmayə qoyuluşu 15,5% azalaraq 3 177,8 mln. manat təşkil edib. Sərf olunmuş vəsaitin də 452 mln. manatı qeyri-neft sənayesinin payına düşüb və bu göstərici illik müqayisədə 25,7% azalıb.