BİZNES

14 İyul

"Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala salacaq"

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamətlərdə özlərini biruzə verə bilərlər. Məsələn heç kim təsəvvür edə bilməzdi ki, 2007-ci ildə ABŞ-da olmuş ipoteka böhranı 2010-cu ildə Yunanıstan büdcəsinin çöküşünə səbəb olacaq. Və ya heç im öncədən bilə bilməzdi ki, 1929-cu ildə Nyu York-da səhmlər bazarının çökməsi nəticədə 1930-cu illərdə Avropada faşistlərin hərəkatına səbəb olacaq.

COVID-19 pandemiyası qlobal iqtisadiyyatdakı dəyişiklikləri sürətləndirəcək və onu tanınmaz hala salacaq. Bu cür fikirləri New York Times saytının iqtisadi mütəxəssisi Neil Irwin səsləndirib. Hal hazırda stabil olmayan şəraitdə növbəti 5 il və ya hətta bir neçə ay üçün iqtisadi proqnoz vermək lovğalıq hesab olunar. Lakin əvvəlki çətin vəziyyətlərdən bir vacib nəticəni çıxarmaq olar.

 

 Ən böyük problemlərdən biri də qloballaşmadır. Şirkətlər istehsalat prosesini daha effektiv yerə keçirdə bilərlər. Pul axını isə istehsalat proseslərinin daha çox gəlir gətirdiyi yerlərə istiqamətlənəcək. Mərkəzi yeri ABŞ olan dünya iqtisadiyyatı ideyası ABŞ və Çindəki millətpərəst tendensiyalar səbəbilə parçalara ayrılır. Görünür, COVID-19 pandemiyası bu tendensiyanı daha da sürətləndirəcək

 

Bir neçə misal: Fransanın maliyyə naziri yerli şirkətlərə istehsalat zəncirlərində dəyişikliklərin edilməsi əmrini verib. Bu üsul ilə Fransa hökuməti Çindən və başqa Asiya ölkələrindən asılılığını azaltmaq istəyir. ABŞ-n sərhəd-gömrük xidməti bildirib ki, o, bir sıra tibbi preparatların eksportunu qadağan edəcək. Bir neçə müddət bundan öncə isə senator Lindsay Graham, ABŞ hökumətinə təklif etdi ki, virusu ələ ala bilmədiyi üçün onlar Çini cəzalandırmalıdırlar. Senator təklif etdi ki, ABŞ hökuməti Çinə olan borcunu sıfırlasın. Bu cür addım dünya maliyyə sisteminin təməli rolunda çıxış edən ABŞ-ın mövqeyini dəyişə bilər.

    Çin də öz növbəsində iqtisadiyyatında dəyişikliklər etmək istəyir. Çin artıq ucuz əmək bazarını və istehsal gücünü təmin edən ölkə olmaq istəmir. ABŞ-dan, Avropadan və Yaponiyadan olan şirkətlər artıq öz zavodlarını Çində yerləşdirmək üçün o qədər də həvəsli deyillər. Bununla yanaşı həmin şirkətlər öz texnologiyalarının oğurlanmasından qorxurlar.