Məşhur saat markalarının daxil olduğu Swatch qrupu 2400 nəfəri işdən çıxarır. Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, bundan əlavə, şirkət mağazaların sayını azaltmaq planlarını sürətləndirməyə qərar verib
Swatch Group AG 2400 nəfəri işdən çıxarmaqla mağaza şəbəkəsini azaldır. İsveçrəli saat istehsalçısı çərşənbə axşamı şirkətin Hong Kong və Swatch və Calvin Klein markalı saat mağazalarını daima bağlamaq planlarını gücləndirdiyini açıqlayıb
Omega və Longines markalarının da daxil olduğu qrupun satışları ilin əvvəlindən altı ayda 43 faiz azalıb.
Əvvəlki böhranlarda Swatch strategiyasından fərqli olaraq, bu dəfə şirkət daha çox işçi ilə ayrılmağa qərar verib. Açıqlamada, CEO Nik Hayek, bazarın çətin günlərdə bərpa edildiyi zaman ixtisaslı kadr tapmaq çətin olduğunu deyib. Bu il şirkət üçün fərqlidir.
İşdən çıxarma əsasən mağazalarda aparılacaq. İstehsalat işçilərinin vəzifələri əsasən qorunacaqdır. 260 mağazanı bağlayan şirkətin hazırda 1800 mağazası var.
Müəllif:Aynur Qəniyeva