BİZNES

14 İyul

Azərbaycan vətəndaşları Türkiyədə 70 ev aldı - SON 1 AYDA

Bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb.

Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin iyun ayı ilə müqayisədə 3 mənzil və yaxud 4,5% çoxdur.

Ümumilikdə isə 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 431 mənzil alıb ki, bu da 2019-cu ilin 6 ayı ilə müqayisədə 100 ədəd və ya 18,8% azdır.

Ötən ay Türkiyədə xaricilərə 1 679 ədəd əmlak satılıb ki, bu da illik müqayisədə 1 038 ədəd və ya 38,2% azdır.

Yanvar-iyun aylarında isə əcnəbilər Türkiyədə 14 413 əmlaka sahib olub ki, bu da 1 il əvvələ nisbətən 5 756 ədəd və yaxud 28,5% azdır.

2020-ci ilin iyun ayında Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Bu ölkədən olanlar iyunda 398, yanvar-iyun aylarında isə 2 628 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 257, yanvar-iyunda isə 2 359 mənzil alıb.

Aylıq göstəricidə İlk 3-lüyü Çin vətəndaşları tamamlayır. Bu ölkədən olanlar iyunda 78 mənzil, yanvar-iyunda isə 415 mənzilə sahib olub.(Report)