Cari ilin əvvəli ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 17 % artıb
Fins.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə bağlı görülmüş işlərlə bağlı hesabatında bu barədə məlumat verlir.
Məlumata görə, 2020-ci ildə 110min yeni əmək müqaviləsi qeydə alınıb.Dövlət tərəfindən bütün dövlət sektorunda karantin rejiminin tətbiq olunması və vətəndaşların işə gəlməməsinə rəğmən əmək haqları ödənilib.910min vətəndaşın iş yeri qorunub.
Məlumata görə,özəl sektorda da iş yerlərinin qorunması və inzibatı nəzarət baxımından tədbirlər görülərək əmək haqqının bir hissəsi ödənildi. Dövlət tərəfindən rəsmi işcilərə göstərilən sosial dəstək kölgə iqtisadiyyatının, qeyri-formal məşğulluğun azaldılmasına gətirib çıxararaq əmək müqavilələrinin sayının da artmasına səbəb olmuşdur.
Qeyd olunur ki,pandemiya dövründə də vətəndaşların sosial rifahı ölkə rəhbərliyi tərəfindən əsas diqqət ayrılan məsələ olmuşdur. Məhz bu dönəmdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə vətəndaşlara 4.8 milyon insanı əhatə edən əlavə olaraq 600 milyon manatlıq paket təqdim olunmuşdur. Ümumilikdə isə əhalinin 48%-ni əhatə edən sosial ödənişlər 6 ay ərzində 3 milyard manat həcmindədir.
Müəllif:Aynur Qəniyeva