BİZNES

14 İyul

 Pərakəndə satış sektorunda canlanma

Türkiyədə pərakəndə satış dövriyyəsi mart və aprel aylarında güclü azalmadan sonra artmağa başlayıb.

Türkiyənin statistika idarəsinin bazar ertəsi açıqladığı məlumatlara əsasən, mayda pərakəndə satış dövriyyəsi aylıq müqayisədə 3.8% artıb. 

Qeyd etmək lazımdır ki, dövriyyədə aylıq azalma dinamikası mart ayında 8 və aprel ayında isə 21%-ə çatmışdı.