Alphabet Inc. Hindistanda 10 milyard dollar sərmayə qoymağı planlaşdırdığını bildirib.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Alphabet Inc-ə məxsus Google, bazar ertəsi günü, yaxın 5-7 il ərzində Hindistanda tədricən 10 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
Planlaşdırılan sərmayə, Google-ın proqram təminatı və tətbiqinə yönəlmiş 'rəqəmsallaşdırma fondu' adlı bir fond vasitəsilə qoyulacaq.
"Bu, Hindistana və rəqəmsal iqtisadiyyatımıza güvənməyimizin bir göstəricisidir" deyə Alphabetin baş direktoru Sundar Pichai əlavə edib.
Pichai Reuters-ə verdiyi müsahibədə, Google-un Hindistandakı süni intellekt və təhsil kimi digər sahələrə diqqət edəcəyini bildirib
Hindistan əsilli CEO Sundar Pichai 2004-cü ildə Google-a qoşulub və Chrome brauzerlərinin qurulması prosesində iştirak etdiyi ilə məşhurdur. Keçən il, Alphabet-in keçmiş baş direktoru və həmtəsisçisi Larry Peydan sonra baş direktor vəzifəsini icra edir
Müəllif:Aynur Qəniyeva