2020-ci ilin yanvar-iyun aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 5,651 milyon manat vəsait daxil olub. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
2019-cu ilin I yarısında dövlət büdcəsində vergi daxilolmaları 3 milyard 632,8 milyon manat məbləğində olub. Beləliklə, cari ilin I yarısında dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artıb.
Dövlət Vergi Xidmətinin xətti ilə 2020-ci il dövlət büdcəsinə vergi daxilolmaları 7 milyard 875 milyon manat məbləğində nəzərdə tutulub. 2019-cu ilin yekunları üzrə dövlət büdcəsinə vergi daxilolmaları 7 milyard 672,556 milyon manat məbləğində olub