BİZNES

13 İyul

Pandemiyadan sonra dünya iqtisadiyyatını nə gözləyir? - ŞƏRH

“Son statistik məlumatlara görə, mart-aprel aylarında kəskin şəkildə çökən dünyanın ən böyük iqtisadiyyat sahələrində istehsal sektoru və xidmət sektorundakı iqtisadi aktivlik bərpa olunmağa başlayır. Dünyada tətbiq olunan məhdudiyyətlərə cavab olaraq onun enişinin nə qədər güclü olduğunu nəzərə alsaq, xüsusilə istehsalda bir geri dönüş gözlənilirdi. Əsas sual bu bərpa davam edəcəkmi və onun yolu nədir?”

Fins.az xəbər verir ki, bu barədə “VTB Kapital”ın analitiki Nil Makkinnon fikir yürüdür.

CARES tədbirləri paketi çərçivəsində ABŞ iqtisadiyyatını stimullaşdırmaq üçün ayrılan 2.9 trilyon dollardan 500 milyard dolları kiçik biznesə dəstək proqramı olan “Paycheck Protection Program”a yönləndirilib. İqtisadiyyatlarına dəstək üçün oxşar addımları digər ölkələrin mərkəzi bankları da atır. Makkinnon deyir ki, hazırda bütün aparıcı mərkəzi bankların ümumi balans hesabatı 22 trilyon dollar qiymətləndirilir və bu ilin sonuna qədər 30 trilyon dollara qədər artacağı proqnozlaşdırılır. Ancaq bütün bu tədbirlər qlobal iqtisadiyyatın bərpasına kömək edəcəkmi?

“Qlobal iqtisadi bərpa tədricən olacaq: əgər hərfi işarələrdən istifadə etsək, bu V şəkilli sürətli bərpa və L şəkilli durğunluq arasındakı bir keçiddir”, - “Sovkombank”ın baş analitiki Mixail Vasilyev belə hesab edir. Qlobal iqtisadi bərpa prosesi bir neçə il çəkəcək, koronavirusun yeni dalğaları vəziyyətində isə enmələr mümkündür. Vasilyev hesab edir ki, virusun əsas zərbəsi istehsaldan daha ağır və yavaş bərpa olunan xidmət sektoruna düşüb.

Analitik hesab edir ki, ABŞ və Çin arasındakı qarşıdurmanın kəskinləşməsi qlobal iqtisadiyyatın bərpasını ləngidə bilər:

"Dünyanın ən böyük iki iqtisadiyyatı arasındakı ziddiyyətlərin yaxın illərdə daha da artacağını gözləyirik. Bu proses qlobal iqtisadiyyat üçün tədricən və ağrılı olacaq”.

Tuncay Türbəndəzadə