BİZNES

13 İyul

"Aztelekom” və «Azrabita Servis» “Huawei" ilə müqavilə imzalayıb -MƏBLƏĞ

Aztelekom” MMC ayrılmış xəttin tikintisi və telekommunikasiya avadanlıqlarının alınmasına 1,8 milyon manatdan çox vəsait yönəldəcək.

www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Aztelekom” MMC «Azrabita Servis» MMC və “Huawei International PTE” MMC ilə ümumilikdə 1 milyon 826 min 300,86 manat dəyərində müqavilələr bağlayıb.

“Azrabita Servis” MMC ilə bağlanmış müqavilə ayrılmış xəttin tikintisini nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 976 min 845,37 manatdır.

“Huawei International PTE” MMC ilə bağlanmış müqavilə «Aztelekom» MMC-nin sifarişi əsasında DSLAM avadanlıqlarının tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 849 min 455,39 manatdır.

“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli telekommunikasiya müəssisəsini birləşdirir. Birlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir

(c)İnterfaks Azərbaycan