Müxtəlif sahibkar və işçi təşkilatları G20 ölkələrini pandemiyadan təsirlənən aşağı və orta gəlirli ölkələrin borclarını dondurmağa çağırır.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Beynəlxalq Ticarət Palatası G20 ölkələrindən ödənişləri dondurmağı, əhatə dairəsini genişləndirməsini və təkcə aşağı gəlirli ölkələrə deyil, həm də orta gəlirli ölkələrə ödəmələri asanlaşdırmasını istəyib
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Qlobal Vətəndaş kimi qruplar da G20 ölkələrinin maliyyə nazirlərinə özəl borc verənlərin fəallığı artırmağa çağırıb.
Qruplar, bazar ertəsi günü yayımlanan açıqlamada, qlobal iqtisadiyyatın yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğunu deyib.
Qlobal maliyyə rəsmiləri, keçən həftə verdiyi açıqlamada, pandemiyadan təsirlənən ölkələrə borc strategiyasının yenidən qurulmasnın lazım olduğunu düşündüklərini deyib.
İndiyə qədər 41 ölkə "G20 Borc Xidmətləri Dondurma Təşəbbüsü" nə borcun yenidən qurulması xidmətlərindən yararlanmaq üçün müraciət edib. Fil Dişi Sahili, Efiopiya və Pakistan sənədi imzalayan 20 ölkə arasındadır.
Bununla yanaşı borcu ödəməmək riski olan bir çox ölkə borcu təxirə salma şərtlərinə cavab vermədikləri üçün xilasetmə proqramına qəbul edilmir.
Müəllif:Aynur Qəniyeva