“Koronavirus pandemiyasının səbəb olduğu hazırkı qlobal iqtisadiyyatdakı böhranı yalnız müharibə ilə müqayisə etmək olar”.
Fins.az xəbər verir ki, bu fikir A1 İnvestisiya Şirkətinin rəhbəti Vladimir Mau və Post-Sənaye Cəmiyyəti Araşdırma Mərkəzinin direktoru Vladislav İnozemtsevin təşəbbüsü ilə keçirilən "COVİD böhranının aradan qaldırılması ssenariləri" onlayn sammitində səslənib.
Mau əlavə edib ki, böhrandan sonra nə baş verəcəyi barədə demək olar ki, heç nə bilmirik. Hər şey məhdudiyyətlərin nə qədər davam edəcəyindən, ikinci bir koronavirus dalğasının olub-olmamasından asılı olacaq.
Onun arxasınca çıxış edən AEON Korporasiyasının baş direktoru və sahibi Roman Trotsenko koronavirus epidemiyasının uzun müddət davam edəcəyinə inandığını deyib. O bildirib ki, Rusiya iqtisadiyyatının böhrandan əvvəlki səviyyəyə qayıtması 2-3 il sürəcək. Baş direktor hesab edir ki, məhdudiyyətləri qaldırmaq pandemiyanın sonu demək deyil. Əksinə, bu, yalnız ilk dalğadır və qarşıda ən azı daha bir dalğa var.
Belə bir bir ifadə var - "böhran – fürsətlər üçün vaxtdır". Trotsenko hesab edir ki, Rusiya iqtisadiyyatının ixrac yönümlü xammal modelini dəyişdirmək şansı yoxdur. Boris Qodunovun vaxtından bəri Rusiya dünya bazarlarına xammal tədarük edir. Yalnız bundan sonra xəz və çətənə, indi isə enerji: "İnanmıram ki, indi bir şey dəyişsin."
Tuncay Türbəndəzadə