BİZNES

13 İyul

Bu qonşu ölkənin xarici ticarət dövriyyəsi 16% azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi illik müqayisədə 16,3% azalaraq 5 072,5 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilir.

Qeyd olunub ki, hesabat dövründə ixrac 15,6% azalaraq 1 503,5 mln. dollar təşkil edib, idxal isə 16,5% azalaraq 3 568,9 mln. dollara bərabər olub. Nəticədə, mənfi ticarət saldosu 2 065,4 mln. dollar olub ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 40,7%-ni təşkil edib.

(c)APA