BİZNES

13 İyul

Youtube videolarında reklam elanları üzrə YENİ QAYDALAR

Google təmsilçiləri şirkətin rəsmi bloqunda Youtube videolarındakı reklam elanları üzrə yeni qaydalar barəsində məlumat veriblər. Hazırlanmış yeni qaydalar bu ayın sonundan qüvvəyə minəcəklər. Bu barədə Gagadget saytı xəbər verib. Yeni qaydalar videonun ortasında işə düşən reklamlar ilə bağlıdır. Əvvəllər bu cür reklamlar xronometrajı 10 dəqiqədən çox olan videolarda reallaşdırılırdı. Lakin bundan sonra videonun ortasında göstəriləcək reklamlar xronometrajı 8 dəqiqə və daha çox olan videolarda reallaşdırılacaq.

Bununla yanaşı Google bu yeni funksiyanı sadalanmış xronometraja sahib bütün videolar üçün aktivləşdirəcək. Başqa sözlə desək, həmin reklamlar köhnə və yeni videoların hamısında ortaya çıxacaq. Hətta hansısa videonun müəllifi bu funksiyadan istifadə etməsə də onun videokontentinin ortasında reklam elanı göstəriləcək. Reklam elanlarının yerləşdirilməsi avtomatik şəkildə elə təyin ediləcək ki, həmin elanlar videoda hansısa nitqin ortasında başlamasın. Yeni qaydalar 27 iyul tarixindən qüvvəyə minəcəklər.