Mütəxəssislər arasında 5G mobil şəbəkəsinin təhlükəsizliyi barəsində yekun bir fikir hələ də yoxdur. Onların bir hissəsi 5G şəbəkəsinin təhlükəsiz olduğunu söyləsələr də, digərləri bir sıra tədqiqatlara əsaslanaraq radiotezlikli şüalanmanın sağlamlığa təsirindən xəbər verirlər. Sonuncu qrup insanlara həmçinin Oreqon ştatının universitetinin mütəxəssisləri də aiddirlər. Onlar 5G şəbəkəsinin canlı orqanizmə təsirini sübut ediblər. Lakin narahatçılığa əsas yoxdur. Bu barədə 4pda saytı xəbər verib.
Oreqon ştatının universitetinin mütəxəssisləri xüsusi tədqiqat aparıblar və həmin tədqiqat nəticələri əsasında 5G şəbəkəsinin canlı orqanizmə müəyyən təsiri sübut edilib. Lakin tədqiqatı aparmış mütəxəssislər qeyd ediblər sözügedən radiotezlikli şüalanmalar göründüyü kimi o qədər də zərərli deyillər. Mütəxəssislər danio adlı balıq növünün embrionlarından istifadə edərək tədqiqat aparıblar. Bu balıqlardan çox zaman bioloji sistemə olan ekoloji təsirlərin aşkar edilməsində istifadə olunurlar.
Beləliklə tədqiqat çərçivəsində balıqlar 2 gün müddətində 5G şəbəkəsində istifadə olunan 3.5 GHz tezlikli radioşüalanmalara məruz qalıblar. Nəticədə mütəxəssislər embrionların ölüm hallarına, inkişaflarına və işığa reaksiyalarına təsir edəcək hansısa bir hal aşkar etməyiblər. Sadəcə olaraq embrionların ani səsə reaksiyaları üzrə aparılmış testlərdə nəzərə çarpmayacaq səviyyədə dəyişikliklər müşahidə edilib.
Növbəti tədqiqatlarda 5G şəbəkəsinin həmin danio balıqlarına təsir edib-etməyəcəyi müşahidə olunacaq. Həmin tədqiqat nəticəsində alimlər öyrənmək istəyirlər ki, birinci tədqiqatdan keçmiş embrionlar böyük fərdlərə çevriləndən sonra 5G şəbəkəsinin ciddi təsirinə məruz qalırlar yoxsa yox. Hal hazırda isə mütəxəssislər əmindirlər ki, 5G şəbəkəsinin ciddi təsiri barəsində panikaya düşmək əsassızdır.