BİZNES

12 İyul

Telegram-ın yaradıcısı startapların məhv edilməsinə görə Apple və Google şirkətlərini tənqid edib

 Hazırda Apple və Google şirkətləri öz aralarında mobil əməliyyat sistemləri bazarını bölüşürlər. Həmin şirkətlər həmçinin dünyanın ən böyük mobil platformalarına sahibdirlər. Söhbət, App Store və Google Play-dən gedir. Bu şirkətlər sayəsində istifadəçilər çoxlu sayda tətbiqlər əldə ediblər. Lakin Telegram-ın və Vkontakte-nin yaradıcısı Pavel Durov əmindir ki, bu şirkətlər öz vəziyyətlərindən su-istifadə edərək startapların uğur qazanmalarına imkan vermirlər. Bu barədə 4pda saytı xəbər veribı.
 
    Pavel Durov qeyd edib ki, Apple şirkəti App Store-dan kənarda olan istənilən tətbiqi iPhone-da quraşdırılmasına icazə vermir. Bundan əlavə olaraq şirkət öz monopoliya vəziyyətindən istifadə edərək tərtibatçılardan tələb edir ki, onlar öz rəqəmsal xidmətlərindən olan gəlirlərin 30%-ni şirkət hesabına keçirtsinlər. Bu məsələ həmçinin Google Play-ə də aiddir
 “Bunun müqabilində Apple şirkəti tərtibatçıların tətbiqlərini öz platformasına yerləşdirmək icazəsindən başqa heçnə vermir. Tərtibatçılar öz layihələrinin yaradılması, inkişafı və dəstəklənməsi üçün böyük resurslar sərf edirlər. Onlar öz aralarında yüksək rəqabət aparırlar və böyük risklərə gedirlər. Apple isə kənar tərtibatçılar tərəfindən yaradılan tətbiqlərə heç bir vəsait yatırmır, heç bir riskə getmir və bunun müqabilində gəlirin 30%-ni özünə götürür” - deyə Pavel Durov qeyd edib.
 
Pavel Durov startapların məhv edilməsinə görə Apple və Google şirkətlərini tənqid edib
Pavel Durov startapların məhv edilməsinə görə Apple və Google şirkətlərini tənqid edib
Startup və Biznes
 11.07.2020  PAYLAŞIM
Paylaş 
Paylaş
 
Paylaş
Emil Noisy @emil-noisyEmil Noisy
 
    Hal hazırda Apple və Google şirkətləri öz aralarında mobil əməliyyat sistemləri bazarını bölüşürlər. Həmin şirkətlər həmçinin dünyanın ən böyük mobil platformalarına sahibdirlər. Söhbət, App Store və Google Play-dən gedir. Bu şirkətlər sayəsində istifadəçilər çoxlu sayda tətbiqlər əldə ediblər. Lakin Telegram-ın və Vkontakte-nin yaradıcısı Pavel Durov əmindir ki, bu şirkətlər öz vəziyyətlərindən su-istifadə edərək startapların uğur qazanmalarına imkan vermirlər. Bu barədə 4pda saytı xəbər veribı.
 
    Pavel Durov qeyd edib ki, Apple şirkəti App Store-dan kənarda olan istənilən tətbiqi iPhone-da quraşdırılmasına icazə vermir. Bundan əlavə olaraq şirkət öz monopoliya vəziyyətindən istifadə edərək tərtibatçılardan tələb edir ki, onlar öz rəqəmsal xidmətlərindən olan gəlirlərin 30%-ni şirkət hesabına keçirtsinlər. Bu məsələ həmçinin Google Play-ə də aiddir.
 
Google şirkətinin yaradıcıları Larry Page və Sergey Brin, Alphabet rəhbərliyindən çıxırlar
Bənzər xəbər
Google şirkətinin yaradıcıları Larry Page və Sergey Brin, Alphabet rəhbərliyindən çıxırlar
 
    “Bunun müqabilində Apple şirkəti tərtibatçıların tətbiqlərini öz platformasına yerləşdirmək icazəsindən başqa heçnə vermir. Tərtibatçılar öz layihələrinin yaradılması, inkişafı və dəstəklənməsi üçün böyük resurslar sərf edirlər. Onlar öz aralarında yüksək rəqabət aparırlar və böyük risklərə gedirlər. Apple isə kənar tərtibatçılar tərəfindən yaradılan tətbiqlərə heç bir vəsait yatırmır, heç bir riskə getmir və bunun müqabilində gəlirin 30%-ni özünə götürür” - deyə Pavel Durov qeyd edib.
 
Durov əmindir ki, bu halda tərtibatçılar iqtisadi baxımdan sağ qalmaq mübarizəsi aparırlar.
    Tərtibatçıların Apple və Google şirkətlərinə verdikləri 30% vəsait tətbiqlərin təkmilləşdirilməsinə sərf oluna bilərdi. Nümunə olaraq Durov bildirib ki, 4 il bundan öncə onun komandası Telegram daxilində oyun yaradıcıları üçün xüsusi platformanı işə salmağı planlaşdırırdı. Həmin platforma sayəsində oyun yaradıcıları öz bacarıqlarını reallaşdıra və öz məhsullarını istifadəçilərə çatdıra bilərdilər. Lakin 2016-cı ildə Apple şirkəti Telegram daxilində bu cür platformanın yaradılmasını qadağan etdi və bunun olacağı halında Telegram-ın App Store-dan silinəcəyi xəbərdarlığını verdi.
 
    Nəticədə Telegram komandası artıq hazır olmuş oyunlar kataloqunu messencerdən silməli oldu. Durov-un fikrincə Apple şirkəti iOS-də alternatv tətbiqlər mağazasına icazə verməlidir. Qeyd etmək lazımdır ki, bu məsələ ətrafında Avropa Komissiyası artıq Apple şirkətinə qarşı antimonopoliya istintaqına start verb. Durov onu da qeyd edib ki, onun komandası bu istintaq prosesində aktiv şəkildə iştirak etmək niyyətindədir.