2020-ci ilin oktyabr ayında “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu” keçiriləcək.
«İyul ayının 9-da Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilib. İclasda baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovgündəlikdə yer alan məsələlərə,o cümlədən dayanıqlı inkişafın təmin edilməsi, ələlxüsus ortamüddətli dövrdə makroiqtisadi sabitliyin qorunması, iqtisadi inkişafın canlandırılması, inklüziv və dayanıqlı iqtisadi artımın təmin edilməsi, tam və səmərəli məşğulluğa nail olunması prioritetlərinə dair müvafiq tapşırıqlarını Şura üzvlərinin diqqətinə çatdırıb”, - Şuradan qeyd olunur.
Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində irəliləyişlərə nail olunması üçün qarşıda duran çətinliklərin aradan qaldırılması və pandemiyanın qlobal təsirlərinin qiymətləndirilməsi məqsədilə regional tərəfdaşlığın gücləndirilməsinə həsr oluanacaq “Dayanıqlı İnkişafa dair cari ilin oktyabrında İkinci Bakı Forumu”nun keçirilməsinin əhəmiyyəti və gözlənilən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılmışdır.
Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il 6 oktyabr tarixində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrəMilli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.
Azərbaycan Respublikasının birinci Könüllü Milli Hesabatı BMT-yə 2017-ci ildə, ikinci hesabatı – 2019-cu ildə təqdim olunub
(c)İnterfaks Azərbaycan