Kosmetika mağazalarında iki aylıq fasilələr Natura Siberica şəbəkəsinin inkişaf planlarına əks olundu. Xarici bazarlarda intensiv böyümə üçün şirkətin təsisçisi Andrey Trubnikov strateji investor cəlb etməyə hazır olduğunu ifadə edib
Fins.az RBC-ya istinadən məlumat verir ki, kosmetika və məişət məhsulları istehsalçısı First Solution və Natura Siberica mağazalarının yaradıcısı Andrey Trubnikov strateji əhəmiyyətli ivestor cəlb etməyi düşünür. Sahibkar "Yeni bazarlara çıxmağımıza kömək edəcək bir ortaq tapmağı düşünürük. Məsələn, Braziliya bazarına maliyyə dəstəyi olmadan girmək üçün mənə 170 il lazımdır, amma bir növ tısbağa sürəti ilə müqaisə oluna bilər.Maddi dəstək üçün investorun cəlb edilməsi vacibdir" -deyə qeyd edib.
Pandemiya Natura Siberica rəhbərini investor axtarışı barədə düşünməyə vadar edib.Belə ki,bu barədə kosmetika mağazalarında iki aylıq fasilələrdən sonrakı Natura Siberica şəbəkəsinin inkişaf planlarında da qeyd olunub.
Natura Siberica'nın həm Rusiyada, həm də xarici bazarlarda daha fəal təşviq üçün vəsait lazımdır. “Televiziyada reklam etmək və ya kütləvi şəkildə internetə getmək üçün maliyyə imkanım yoxdur. Məsələn, Amerikada, məşhurlar və bloqqerlər olmadan bir investisiya proqramına ehtiyacınız var "deyib şirkət rəhbəri
Şirkətin qurucusu, ilk növbədə hissələrə nəzarəti qorumaq istədiyini qeyd edərək biznesdə bir payın mümkün satışını açıq elan edib. Trubnikovun sözlərinə görə, şirkətin strateji tərəfdaşa ehtiyacı var, geniş inkişaf üçün bütün imkanları tükəndirdi: "Səhm satmaq və ya ayrı bir layihə, məsələn, ABŞ-ın kapital bazarında inkişafı kimi müxtəlif variantlar haqqında danışa bilərik." Natura Siberica, Asiya bazarlarına da genişlənməyi planlaşdırır: Koreyada, Sinqapurda, İndoneziyada və Hindistanda mağazalar açmaq planlara daxil edilib.
Müəllif:Aynur Qəniyeva