BİZNES

08 İyul

Bakının rabitə operatoru 3 min LTE modem alır

"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") 3 min ədəd LTE modemlərin satın alınmasına dair açıq tender elan edib.Məlumata görə, iddiaçılar tender təklifini və bank təminatını 10 avqust 2020-ci il saat 17:00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Tenderdə iştirak ödənişlidir və iddiaçılar müəssisənin hesabına 600 manat məbləğində vəsait köçürməlidirlər.

İddiaçıların təklifləri 11 avqust 11:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaq.
 
(c)APA