"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
ABŞ, Braziliya, Argentina, Britaniya və Avstraliyadan istifadəçilər sosial şəbəkənin işi ilə bağlı şikayətlər ediblər.
Qeyd olunur ki, istifadəçilərin 92 faizi xəbər lentinin açılmasında, 3 faizi səhifələrinə daxil olmaqda, 3 faizi isə şəbəkəyə qoşulma funksiyasının işində çətinlik çəkdiklərini bildiriblər.
Bununla bağlı "Instagram" rəsmi açıqlama verməyib.