Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 019 826,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2% azdır.
DGK-dan verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,1% artaraq 484 439,8 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 1,8% artaraq 1 450 009,9 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk altı ayı ərzində daxilolmalar 51,3% azalaraq 66 673,2 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 18 703,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 7,2% azdır.
Bu ilin iyun ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 323 718,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 2,4%, bu ilin may ayı ilə müqayisədə isə 7% azdır.
Bu ilin iyun ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,3% artaraq 85 916,4 min manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici 21% artıb.
Həmçinin, cari ilin iyun ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 2,2% azalaraq 222 633,7 min manat (bu ilin may ayı ilə müqayisədə 15,5% az), aksizlər üzrə 41% azalaraq 12 175 min manat (may ilə müqayisədə 14,2% çox), yol vergisi üzrə daxilolmalar isə 10% azalaraq 2993,3 min manat (may ilə müqayisədə 2,6% az) təşkil edib.
(c)APA