Rusiya Federasiyasının “Biznes-Geometriya” İşgüzar Əməkdaşlıq Mərkəzi iyulun 13-17-də “Moskva və bu vilayətin qida sektorunun ixrac potensialının inkişafı” mövzusunda onlayn tədbir keçirəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, tədbir çərçivəsində təşkil ediləcək “B2B” müzakirələrə ölkəmizin qida sektorunda fəaliyyət göstərən müəssisələr dəvət olunur. Onlayn tədbirdə iştirak etmək istəyən müəssisələr aşağıdakı keçidə daxil olmaqla qeydiyyatdan keçə bilərlər - //events.nethouse.ru/all/23211/.
“Zoom” platforması üzrərindən təşkil olunacaq tədbir çərçivəsində Moskva şirkətlərinin təqdimatı, dəyirmi masa və Azərbaycan-Rusiya iş adamları arasında fərdi “B2B” görüşlər təşkil olunacaq. Rusiya şirkətlərinin siyahısı - //bit.ly/2BzzhaA