KOB dostları iyulun 20-dək Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da daxil edilib. Bu rayonlarda, həmçinin daha əvvəl sərt karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Cəlilabad, Gəncə, Lənkəran, Masallıda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsafədən, onlayn xidmətlər göstərəcək.
Fins.az xəbər verir ki, bu barədə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi məlumat yayımlayıb
Məlumata görə,müvafiq rayon və şəhərlərdə fəaliyyət göstərən KOB-lar sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər, o cümlədən pandemiyadan zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə KOB dostlarına onlayn müraciət edə bilərlər.
Məlumat verildiyi kimi Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli Qərarına uyğun olaraq, sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin sırasına Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da daxil edilib. Bu rayonlarda, həmçinin daha əvvəl sərt karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək karantin rejimi uzadılıb.
Sahibkarlar KOB dostlarının əlaqə vasitələri ilə bu keçiddən tanış ola bilərlər - //smb.gov.az/nav/kob-dostu
Müəllif:Aynur Qəniyeva