ABŞ hakimiyyəti “TikTok” sosial şəbəkəsinin ölkə ərazisində bloklanması məsələsini nəzərdən keçirir.
Fins.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo deyib.
ABŞ hakimiyyətinin bu addımına səbəb sosial şəbəkənin istifadəçilərin məlumatlarını Çin hökumətinə ötürməsi ehtimalıdır.
“Smartfonlarda quraşdırılmış Çin tətbiqlərinə gəldikdə isə, sizi əmin edirəm ki, ABŞ lazımi tədbirləri görəcək”, - deyə M.Pompeo bildirib.