“Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına düşən sahəyə aid normalar müəyyənləşib.
Nazirlər Kabinetinin saytında yayımlanan sənəddə bildirilir ki, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına əsasən:
Restoranlarda:
100 nəfərə qədər tutumu olan ictimai iaşə obyektində xörəkpaylayanlar vasitəsilə xidmət olduqda adambaşına düşən sahə 5,08 kvadrat metr; qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda adambaşına düşən sahə 3,6 kvadrat metr olmalıdır.
100 nəfərdən sonrakı hər adam üçün xörəkpaylayanlar vasitəsilə xidmət olduqda adambaşına düşən sahə 4,4 kvadrat metr; qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda 3,6 kvadrat metr olmalıdır.
Yeməkxanalarda:
özünəxidmət olduqda 50 nəfərə qədər adambaşına 4,72 kvadrat metr sahə, 50 nəfərdən sonrakı hər adam üçün əlavə 4,24 kvadrat metr sahə olmalıdır.
Qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda 50 nəfərə qədər adambaşına 7,2 kvadrat metr, 50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,6 kvadrat metr sahə olmalıdır.
Kafelər, qəlyanaltılar, gənclər və uşaqlar üçün kafelərdə (fast-food):
Özünəxidmət olduqda 50 nəfərə qədər adambaşına 3,84 kvadrat metr; 50-200 nəfər arası hər adam üçün əlavə 3,92 kvadrat metr; 200 nəfərdən sonrakı hər adam üçün əlavə 3,82 kvadrat metr sahə olmalıdır.
Qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda 50 nəfərə qədər adambaşına 6,4 kvadrat metr; 50-200 nəfər arası hər adam üçün əlavə 3,2 kvadrat metr; 200 nəfərdən sonrakı hər adam üçün əlavə 3,2 kvadrat metr sahə olmalıdır.
Xörəkpaylayanlar vasitəsilə xidmət olduqda 50 nəfərə qədər adambaşına 3,64 kvadrat metr; 50-200 nəfər arası hər adam üçün 3,5 kvadrat metr; 200 nəfərdən sonrakı hər adam üçün 3,5 kvadrat metr sahə olmalıdır.
Qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda 50 nəfərə qədər adambaşına 2,8 kvadrat metr; 50-200 nəfər arası hər adam üçün əlavə 2,8 kvadrat metr; 200 nəfərdən sonrakı hər adam üçün əlavə 2,8 kvadrat metr sahə olmalıdır.
Barlarda:
50 nəfərə qədər tutumu olan barlar üçün özünəxidmət zamanı adambaşına düşən sahə 4,24 kvadrat metr, 50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,76 kvadrat metr sahə olmalıdır.
Qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda 50 nəfərə qədər və 50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,2 kvadrat metr sahə olmalıdır.
Xörəkpaylayanlar vasitəsilə xidmət zamanı 50 nəfərə qədər 3,84 kvadrat metr; 50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,36 kvadrat metr sahə olmalıdır.
Qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda 50 nəfərə qədər və 50 nəfərdən sonrakı hər adam üçün əlavə 2,8 kvadratmetr sahə olmalıdır.
Ali təhsil müəssisələrinin yeməkxanalarında:
Özünəxidmət olduqda 100 nəfərə qədər adambaşına 4,28 kvadrat metr sahə; 100 nəfərdən sonrakı hər adam üçün əlavə 4,16 kvadrat metr sahə olmalıdır.
Qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda 100 nəfərə qədər və 100 nəfərdən sonrakı hər adam üçün əlavə adambaşına 3,6 kvadrat metr sahə olmalıdır.