BİZNES

06 İyul

Avrozonoda pərakəndə satışın aylıq dinamikasında 21 ilin rekordu YENİLƏNİB

Avrozonoda pərakəndə satış təkcə cari ilin may ayında 17,8% artıb və bu, 1999-cu ildən bəri ən yüksək aylıq artım kimi qeydə alınıb.

 "Eurostat"-ın verdiyi məlumata görə, satışların kəskin artmasının əsas səbəbi region ölkələrinin karantin rejimlərinin tam və ya qismən aradan qaldırılması olub. İllik müqayisədə pərakəndə bazarda satışların mayda 5,1% az olmasına baxmayaraq, bu, iqtisadçıların proqnozlarından daha aşağı fərqdir.

Qeyd edək ki, mart ayında Avrozonoda pərakəndə satış aylıq müqayisədə 10,6%, apreldə isə rekord 12,1% azalıb.

 

(c)APA