1 yanvar 2020-ci il tarixinə Azərbaycanın dövlət borcu 16 mlrd. 870,3 mln. manat və ya ÜDM-in 20,7%-i səviyyəsində qiymətləndirilir.
1 yanvar 2019-cu il tarixinə Azərbaycanın dövlət borcu 16 mlrd. 496,2 mln. manat təşkil edib. Beləliklə, 2019-cu ildə dövlət borcunun həcmi 2,3% artıb.
“1 yanvar 2020-ci il tarixinə dövlət borcunun 91,6%-i (15 mlrd. 454,7 mln. manat) xarici borc, 8,4%-i (1 mlrd. 415,6 mln. manat) – daxili borcun payına düşüb. Eyni zamanda, ötən il xarici borcun həcmi 1,85%, daxili borc isə 7,2% artıb”, - hökumətdən vurğulayıblar.
2018-ci ilin sonuna adambaşına dövlət borcunun həcmi 1 min 675,8 min manat səviyyəsində qiymətləndirilir.
Hökumətin məlumatına görə, 2019-cu ildə xarici borcun xidmətinə xərclər 885,8 mln. manat təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 60,4% azdır.
Hökumətin qiymətləndirmələrinə əsasən, 2025-ci ildə dövlət borcunun həcmi $7,7 mlrd. və ya ÜDM-in 14,1%-dək azalmalıdır
(c)İnterfaks-Azərbaycan