2019-cu ildə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi 12% - 1 mlrd. 760,8 min manatadək azalıb.
“2019-cu ildə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi 12% və ya 240,8 mln. manatadək azalıb”, - hökumətdən bildirilir.
2020-ci il yanvarın 1-nə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin strukturunda 89,8% (1milyard 580,8 milyon manat) Bakı, 10,2% (180 ilyon manat)- digər regionların payına düşüb.
Hökumətin məlumatına görə, 2020-ci il yanvarın 1-nə dövlət büdcəsinə vergi borclarının məbləği 1 mlrd. 206,8 mln. manat (ötən il ərzində artım 9,3%) təşkil edir. Bununla yanaşı, 824,3 mln. manat (azalma 0,5%) əsas borcun, 158 mln. manat (artım 37,1%) 244,5 mln. manat (artım 40,1%) penyanın payına düşür.
Beləliklə, cari ilin əvvəlinə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi vergi ödəyicilərinin dövlət büdcəsinə vergi borclarının həcmindən 45,9% çoxdur
(c)İnterfaks-Azərbaycan