Dünyanın aparıcı audit şirkətlərindən biri olan "Ernst Young" (EY) xarici investorlar üçün Avropanın ən cəlbedici ölkələrinin reytinqini dərc edib. Ümumiyyətlə siyahıda 20 ölkə yer alıb.
EY şirkətinin apardığı "European Investment Monitor" (EIM) adlı tədqiqatının nəticələrinə görə, Avropada COVID-19 pandemiyası səbəbindən birbaşa xarici investisiyalı layihələrin təqribən 10%-i ləğv edilib, daha 25%-i isə dondurulub. İnvestorların 51%-i bu il üçün planlaşdırılan birbaşa xarici investisiyalarının həcmini bir qədər azaltmaq niyyətindədir, 15%-i isə əhəmiyyətli dərəcədə azalma gözləyir.
Xarici investorlar üçün Avropanın ən cəlbedici ölkələri:
№ |
Ölkə |
2019-cu ildə elan olunmuş layihələrin sayı (builki düzəlişdən əvvəl) |
Ümumi investisiyalarda birbaşa xarici sərmayənin payı, % |
1 |
Fransa |
1 197 |
18,8 |
2 |
Böyük Britaniya |
1 109 |
17 |
3 |
Almaniya |
971 |
15 |
4 |
İspaniya |
486 |
8 |
5 |
Belçika |
267 |
4 |
6 |
Niderland |
255 |
4 |
7 |
Polşa |
200 |
3 |
8 |
İrlandiya |
191 |
3 |
9 |
Rusiya |
191 |
3 |
10 |
Türkiyə |
176 |
3 |
/(c)APA