BİZNES

06 İyul

MİDA Hövsanda yeni yaşayış kompleksi inşa edəcək

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan qəsəbəsində yeni yaşayış kompleksinin layihələndirilməsi üçün podratçı seçir.

“Seçim tender üsulu ilə keçirilir və Hövsan qəsəbəsinin qərbində 18,81 hektar ərazidə yeni yaşayış kompleksinin layihələndirilməsini nəzərdə tutur”

Tenderdə iştirak haqqı 500 manatdır.

Tender təklifləri 7 avqust saat 15:00-dək qəbul olunur. Təıkliflərin açılması 10 avqust saat 15:00-da baş tutacaq.

Hazırda MİDA Yasamal rayonunda 2, Hövsan qəsəbəsində 1 yaşayış kompleksinin tikintisini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılmasına başlayıb.

Hövsan qəsəbəsində ikinci yaşayış kompleksi 20 hektarlıq ərazidə inşa edilib. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından (7-si 7 mərtəbəli və 18 bloklu, 4-ü 10 mərtəbəli və 1 bloklu) ibarətdir.

Bu binalardakı 3,002 min mənzildən 280-ni birotaqlı, 1481-i ikiotaqlı, 940-ı üçotaqlı, 301-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edir. Bütün mənzillər tam təmirli vəziyyətdədir və mətbəx mebeli ilə təchiz olunub.

Kompleksdə 260 yerlik iki uşaq bağçası, 1920 şagird yerlik ümumtəhsil məktəbi, ticarət mərkəzi və xəstəxana tikilib