BİZNES

06 İyul

Bloomberg: Saudi Aramco Asiya ölkələri üçün neft qiymətlərini qaldırıb

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" avqust ayında Asiyada alıcılar üçün neft qiymətlərini qaldırıb.

Fins.az xəbər  verir ki, bu barədə bazar ertəsi Bloomberg mənbələrə istinadən məlumat verib.

Agentliyin məlumatına görə, "Arab Light" markalı neftin bir barreli üçün qiyməti 1,2 dollar, digər neft növləri üçün 1 dollar / barel təşkil edir. Bloomberg-in qeyd etdiyi kimi, Arab Light’da mükafat artımının bir barrel üçün 1.45 dollara çatacağı gözlənilirdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hər ayın əvvəlində istehlakçı tələblərinə əsasən tədarük cədvəlini tərtib edir.

Müəllif:Aynur Qəniyeva