2020-ci ilin yanvar-iyun aylarında qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 110 min artıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Cari ilin əvvəlindən qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 110 min artaraq 750 min təşkil edib, artım 17%-dən çox olub”, - deyə S. Babayev AzTV telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, buna ilk növbədə, kölgə iqtisadiyyatının payının azaldılması, həmçinin qeyri-formal məşğulluğun leqallaşdırılması hesabına nail olunub.
Bununla yanaşı, o qeyd edib ki, cari ilin 6 ayı ərzində əmək haqqı fondu 8% artıb.