BİZNES

01 İyul

Microsoft 25 milyon insan üçün pulsuz bir təhsil proqramına başlayacaq

Microsoft 25 milyon insana rəqəmsal proqramlaşmanı pulsuz öyrədir. Proqram, ilk növbədə, pandemiya səbəbindən iş yerlərini itirənlərə yönəldilib. 

Fins.az şirkətin saytına istinadən xəbər verir ki, 25 milyon insana rəqəmsal bacarıqlar əldə etməyə kömək edəcək yeni bir proqram hazırlayacaq - yəni, peşəkar səviyyədə işləmək üçün informasiya texnologiyalarından necə istifadə etməyi öyrənmək.

Microsoft, ilin sonuna qədər insanların bacarıqlarını artıracaqlarına ümid edir. Proqram, ilk növbədə, koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən iş yerlərini itirənlərə yönəldilmişdir. Rəqəmsal bacarıqların genişləndirilməsi iqtisadi bərpa prosesinin sürətləndirilməsində vacib addım olacaq.

Müəllif: Aynur Qəniyeva